“Türkiyə 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qadirdir”
Tarix: 29-07-2015, 15:40 | Çap et
“Türkiyə 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qadirdir”
“7 iyundan bu günə kimi Türkiyədə 657 terror hadisəsi törədilib. İŞİD, PKK və DHKP-C eyni vaxtda hücumlara başlayıb. Bizim 3 yox, 33 terror təşkilatı ilə də mübarizə aparmağa qüdrətimiz çatır”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə parlamentində keçirilən iclasındakı çıxışında deyib.

Baş nazir PKK, İŞİD və DHKP-C üçlüyünün əsas hədəfinin Türkiyə dövləti olduğunu bildirib: “Bu hücumların birinci hədəfi Türkiyə Cümhuriyyəti dövlətidir, demokratiyadır, insan haqlarıdır. Hücumların ikinci hədəfi ictimai sabitlik, üçüncü hədəf isə Türkiyənin beynəlxalq etibarıdır”.

Ə. Davudoğlu hər kəsin mövqeyini açıq şəkildə ortaya qoymalı olduğunu qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net