Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi ağır yaralanıb
Tarix: 29-07-2015, 15:16 | Çap et
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi ağır yaralanıb
Türkiyənin PKK və İŞİD qarşı əməliyyata başlamasından sonra terror təşkilatları ölkənin müxtəlif yerlərində hadisələr törədir.

APA-nın məlumatına görə, xüsusilə, hərbçilər terrorçuların hücumlarına məruz qalırlar. PKK terror təşkilatının Ağrı vilayətinin Doğu Bəyazid rayonunda raket hücumu nəticəsində iki hərbçi ağır yaralanıb. Onlardan birinin həyatına təhlükə olduğu bildirilir.

Ərzurumun Xorasan rayonunda isə gizir Nazim Altun xidmət etdiyi hərbi hissəyə gedərkən avtomobili atəşə tutulub. Terrorçulara cavab atəşi açan hərbçi ağır yaralanıb, hadisəni törədənlər isə qaçmağa nail olublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net