Yunanıstan və Azərbaycan DESFA üzrə danışıqları bərpa edir
Tarix: 29-07-2015, 12:50 |
Çap et
Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.
Trend-in “Ekathimerini” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.
O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.