Qonşu ölkədən Akif Nağıya qoyulan qadağa davam edir
Tarix: 29-07-2015, 12:34 | Çap et
Qonşu ölkədən Akif Nağıya qoyulan qadağa davam edir
“Artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, Gürcüstana keçə bilməməyimlə bağlı hələ də səbəb göstərilməyib”. Bu sözləri Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O qeyd edib ki, bununla bağlı dəfələrlə həm Xarici İşlər Nazirliyinə, həm Gürcüstanın Azərbaycandakı Səfirliyinə müraciət olunsa da, bir cavab alınmayıb.

“Bir neçə gün əvvəl Gürcüstanın prezidenti və baş nazirinə məktub göndərdik. Eyni zamanda Gürcüstanın Azərbaycandakı Səfirliyinə müraciət etmişəm, onlarla görüşmək istəyirəm. Bir neçə dəfə telefonla danışmışıq. Bilmirəm yay olduğu üçündür, yoxsa cavabları olmadığına görədir, görüşü təxirə salırlar. Səbəbini açıqlamırlar ki, bilək məni nə üçün Gürcüstana keçməyə qoymurlar”.

Hər zaman Azərbaycanla Gürcüstanın münasibətlərinin normal olmasına çalışdıqlarını deyən A.Nağının sözlərinə görə, onun qonşu ölkəyə səfərləri ancaq Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə, QHT-lər arasında əməkdaşlığa xidmət edib.

“Bu həftə olmasa da, gələn həftə səfirlə görüşəcəm. Ən azından Gürcüstan bu müraciətə diqqətlə yanaşmalıdır. Bu cür hərəkətlər Azərbaycanla Gürcüstan arasında əlaqələrə mənfi təsir göstərir. Özləri də dəfələrlə qeyd ediblər ki, müəyyən problemlər, anlaşılmazlıqlar var. Bizim tərəfimizdən görülən tədbirlər xoşniyyətlidir. Amma belə hal artıq aydın və başadüşülən deyil” deyə QAT sədri vurğulayıb.

Qeyd edək ki, Akif Nağı 2014-cü il iyunun 5-dən Gürcüstan sərhədini keçşmək istəyərkən bu problemlə üzləşib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net