Baş nazir: “London çirkli pullar saxlamaq yeri deyil“
Tarix: 28-07-2015, 17:55 | Çap et
Baş nazir: “London çirkli pullar saxlamaq yeri deyil“
Korrupsiyanın dəf edilməsinə yönələn beynəlxalq səylər çərçivəsində “yuyulmuş çirkli pullara” sahib xaricilər Birləşmiş Krallıqda ev almaq imkanından məhrum edilməlidir

Bunu Böyük Britaniyanın baş naziri Devid Kameron deyib.

Sinqapurda çıxış edən David Kameron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd edib.

Baş nazirin sözlərinə görə, "London qanunsuz pulları saxlamaq yeri deyil”.

David Kameron beynəlxalq ictimaiyyəti korrupsiya xərçənginə qarşı mübarizəyə səsləyib.

Britaniyanın baş naziri Sinqapura Cənub-Şərqi Asiya ölkələrinə səfəri çərçivəsində gedib. Səfər çərçivəsində o, həmçinin Malayziya və Vyetnama baş çəkəcək (BBC).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net