Türkiyədə "qanaxma" davam edir: PKK baş çavuşu öldürdü
Tarix: 28-07-2015, 17:44 | Çap et
Türkiyədə "qanaxma" davam edir: PKK baş çavuşu öldürdü
Türkiyənin Hakkari şəhərində ordunun baş çavuşu PKK terrorçuları tərəfindən öldürülüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şəmdinli rayonunda sivil formada bazara gedən baş çavuş Ziya Sarpkayaya teroristlər silahlı hücum ediblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Ziya Sarpkayanın həyatını xilas etmək mümkün olmayıb. Baş çavuş şəhid olub.

Polis əməkdaşları baş çavuşa qarşı silahlı hücum edən terroristlərin tapılması ilə bağlı xüsusi əməliyyatlar keçirir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net