Sobçak erməni redaktorun mavi oğlundan yazdı
Tarix: 28-07-2015, 12:33 | Çap et
Sobçak erməni redaktorun mavi oğlundan yazdı
Rusiyalı xanım teleaparıcı Kseniya Sobçak sosial şəbəkədə “Layf Nyus” kanalının sahibi Aram Qarbelyanovun oğlunun qeyri-ənənəvi cinsi oriyentasiyası haqda yazı paylaşıb.

Axar.az xəbər verir ki, Sobçak “Layf Nyus”un baş direktorunun oğlu Aşot Qarbelyanovun aparıcı Artyom Korolyovla qeyri-ənənəvi cinsi münasibətdə olduğunu bildirib.

Aparıcı Korolyov İnstaqramda belə bir paylaşım edərək özünün cinsi azlıq olduğunu gizlətməyə çalışıb:

“Uşaqlar, qızlar bizi başımızı itirməyə, ağlamağa və gülməyə məcbur edirlər. www.promo-got2b.ru saytında qızlar öz üsulları ilə məni cəlb edir və ovsunlayır”.

Sobçak məşhur tele-aparıcının qızlarla bağlı yazdığı paylaşımın altına belə bir rəy yazıb:

“Bu status cinsi azlıqlara tolerant yanaşmağın və onların cəmiyyətdə özlərini qara dəftərdə hiss etməməsi üçün qanunlar qəbul etməyin vacibliyinin bariz nümunəsidir. Moskva gecələrinin məşhur fəallarından olan Aşot Qabrelyanovun “köhnə dostu” Artyom Korolyov bu cür alçaldıcı statusları yazmaq məcburiyyətindədir , çünki Krasovskov kimi qovulmaq təhlükəsi qarşısındadır.

Qarbelyanovun atası oğlunun cinsi azlıq olduğunu biləndən sonra onu işdən çıxarmışdı. Bəs bu uşaqlar nədən əziyyət çəkir? Məlum olur ki, bu uşaqların günahı geridəqalmış, tolerant olmayan cəmiyyətdə yaşamaqlarıdır. Siz istərdinizmi bu gənclər orta əsrlərin dəyərləri ilə yaşayan Rusiyada ətrafındakılara uyğunlaşaraq daxillərini gizləsinlər və sizin qızınızla evlənsinlər? Artyom və Aşot kimi minlərlə insanın cəmiyyətdə rahat yaşaması üçün ABŞ-da qəbul edilmiş qanunun Rusiyada da qəbul edilməsi şərtdir. Bu istiqamətdə artıq bir çox sivil ölkələr müəyyən addımlar atıb” .

Sobçak erməni redaktorun mavi oğlundan yazdı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net