Britaniya İran turizminin qapılarını açır
Tarix: 28-07-2015, 12:29 | Çap et
Britaniya İran turizminin qapılarını açır
Vyanada İranla Qərb arasında nüvə sazişinin imzalanmasınдan əvvəl Britaniyanın Xarici İşlər Nazirliyi bu ölkəyə yalnız zərurət halında səfər etməyi tövsiyə edirdi.

Nazirliyin son qərarına görə isə indi İran ərazisinin əksər hissəsi turist səfərləri üçün salamat hesab olunur.

Bu həftə açıqlanmış qərarda deyilir ki, London “mötədil prezident Həsən Ruhani hökumətinin daha mehriban siyasət yürütdüyünü nəzərə alıb”.

Təhlilçilər bildirirlər ki, Britaniya Xarici İşlər Nazirliyinin yeni səyahət tövsiyəsi İranda turizm sənayesinin inkişafına qəfil təkan verəcək.

Bununla belə, tövsiyələrdə İranın İraq, Pakistan və Əfqanıstanla həmsərhəd regionlarına səfərlər məsləhət görülmür. Ekspertlər isə deyirlər ki, İran turizmi onsuz da bu bölgələrin hesabına inkişaf etmirdi.

Xarici İşlər Nazirliyi habelə tövsiyə edir ki, britaniyalı turistlər bu ölkəyə təkbaşına yox, turist şirkətlərinin turları ilə getsinlər.

Uzun illər İrana turlar təşkil edən “Travel the Unknown” şirkətinin direktoru David McGinness dəfələrlə İranda olub və nazirliyin son tövsiyələrini alqışlayır.

O əmindir ki, İrana turist səfərləri həmişə təhlükəsiz olub, lakin diplomatik münasibətlərin yaxşılaşması ilə atmosfer daha da əlverişli olacaq.

Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında İrana səyahət tövsiyələrinə bir qədər də redaktələr edilib. Tövsiyələrdə İrana səfərə edənlərə “bu ölkədə əsassız şəkildə həbs oluna biləcəklərinə dair xəbərdarlıq” çıxarılıb.

“The Telegraph” qəzeti yazır ki, səyahət xəbərdarlığının yumşaldılması UNESCO-nun dünya irsi elan etdiyi 19 abidənin yerləşdiyi İrana turist axınını gücləndirəcək.

D.McGinness deyib ki, nüvə sazişi imzalanandan bəri İrana səyahət haqqında məlumat istəyənlərin sayı kəskin artıb.

Bununla belə siyasi maneələr hələ də qalmaqdadır. İranın Londondakı səfirliyi 2011-ci ildən bəri bağlı olaraq qalır.

Britaniya İran səfrilyini Tehranda Birləşmiş Krallıq səfirliyinə basqına cavab olaraq bağlamışdı.

Hazırda Britaniyadan İrana səfər vizalarını almaq üçün Dublin, Paris və Frankfurt şəhərlərinə getmək lazım gəlir. Bu işi Londonda pulla görən agentliklər də var.

Britaniya xarici işlər naziri Filip Hammond ötən həftə ümid etdiyini bildirib ki, Tehrandakı Britaniya səfirliyi ilin sonuna qədər işini bərpa edə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net