Müdafiə Nazirliyində milyardlıq səhv
Tarix: 27-07-2015, 16:57 |
Çap et
Axar.az xəbər verir ki, bu barədə məlumat Sol Partiyanın millət vəkili Qezine Lötzün Bundestaqa təqdim etdiyi sənəddə əks olunub.
“Spiegel” jurnalının məlumatına görə, “Meteor” adlı idarə olunan raket layihəsində öncədən təyin olunduğu kimi 1,2 milyard avro deyil, yalnız 11 milyon avro qənaət edildiyi bildirilib. Müdafiə Nazirliyinin ikinci hesab səhvi isə “Puma” adı verilən tankların xərci ilə bağlıdır. Öncədən 2,3 milyard avroya başa gələcəyi deyilən tankların həqiqi dəyərinin 1,3 milyard avro olduğu məlum olub. Müdafiə Nazirliyi bu məlumatın yalan olduğunu, hesabatlarda milyardlıq səhvə yol verilmədiyini açıqlayıb.