Bakıda oteldə yox, restoranda yanğın olub
Tarix: 27-07-2015, 16:45 | Çap et
Bakıda oteldə yox, restoranda yanğın olub
"Hyatt Regency" hotelində yanğın baş verməsi barədə bəzi saytlarda yayılmış məlumat həqiqəti əks etdirmir.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, adı çəkilən hoteldə hər hansı yanğın hadisəsi baş verməyib.

"Bu gün günorta saatlarında Parlament prospektində yerləşən "Naxçıvan" restoranının mətbəx hissəsində tüstülənmə baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb" - deyə mətbuat xidmətində qeyd ediblər.

* * *15:00

Bakıdakı "Naxçıvan" restoranında ( "Hyatt Regency" oteli) yanğın baş verib.

Modern.az saytı bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Oteldəki işçilərin və qonaqların təxliyyə olunduğu bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net