Belarus Atom Elektrik Stansiyasını (AES) tikməklə Belarus və Rusiya dünyaya gələcəyin atom stansiyasını nümayiş etdirəcək.
AzVision.az `Belta` agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
`Dünyada ən yaxşı stansiya tikilir və Rusiya bizimlə birgə bu nümunə əsasında gələcəkdə atom stansiyalarının necə olacağını nümayiş etdirmək istəyir`, - deyə Lukaşenko vurğulayıb.
Belarus prezidenti eyni zamanda tikinti işlərinin sürətləndirilməsinin yolverilməz olduğunu bildirib: `Hər şeyi keyfiyyətli və layincə etmək lazımdır`.
Qeyd edək ki, Belarus AES-inin ilk enerji blokunun 2018-ci ildə işə salınması planlaşdırılır.