Neft 7 ay sonra ən aşağı qiymətə düşdü
Tarix: 27-07-2015, 16:19 |
Çap et
London birjasında “Brent” markalı neftin qiyməti yanvar ayından bu yana ilk dəfə ən aşağı həddə - 54 dollardan aşağı düşüb.
Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Brent”in bir barrelinin qiyməti 1,52 faiz ucuzlaşaraq 53,78 dollar olub.
VTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti isə 0,66 faiz azalaraq 47,82 dollar təşkil edib.
Bu gün Bakı nefti də 1,62 dollar (2,81%) ucuzlaşaraq 56,09 dollara satılıb.