
Qırğızıstan alimləri VII əsrə aid olan Çin xəritəsini tapıblar.
Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Qırğızıstanın məşhur alimi Esen Ulu Kılıç söyləyib.
Onun sözlərinə görə, xəritənin tərkibində həmin dövrdə yaşayan bütün türk tayfalarının məskənləri yer alıb. Kılıç xəritənin böyük dəqiqliklə hazırlandığını bildirib.