Sinə böyütmək üçün uyğun yaş...
Tarix: 27-07-2015, 13:17 | Çap et
Sinə böyütmək üçün uyğun yaş...
Qadınlar daim gözəl görünmək, ideal bədən ölçüsünə sahib olmaq istəyirlər. Sadəcə artıq çəkilərdən azad olmaq yetərli deyil, bədənimizin hər bir üzvü bir-birini tamamlamalıdır. Bəzi xanımlarımızın şikayət etdiyi problemlərdən biri sinə ölçüləridir. Müasir dövrdə buna da artıq çarə var. Əməliyyat vasitəsi ilə sinəni həm kiçiltmək, həm də böyütmək mümkündür. Ancaq bu zaman bəzi suallar ortaya çıxır. Aile.lent.az xanımları ən çox maraqlandıran həmin sualların cavabını təqdim edir.

Sinə böyütmək üçün hansı yaş dövrü uyğundur?

Dəqiq yaş dövrü yoxdur. Öz anatomik inkişafını başa vuran və psixoloji cəhətdən hazır olan hər kəs bu əməliyyatı etdirə bilər. Yetkinlik yaşına çatmayan xanımlar bu qərara gəldikdə onun psixoloji cəhətdən buna hazır olub-olmadığını öyrənmək üçün mütəxəssis öz köməyini göstərir. Çünki sinə böyütmə sadəcə insanın özü üçün olmalıdır, sevgilisinin, dostunun və ya çevrəsindəki insanların təsiri ilə edilməməlidir.

Əməliyyatdan əvvəl nələrə diqqət etmək lazımdır?

Qanı durulaşdıran aspirin, jenşen, Q10, balıq yağı, multivitamin, bitki çayı və digər bu tip maddələr əməliyyatdan bir həftə əvvəl qəbul edilməməlidir. Əməliyyatdan əvvəl və sonra bir müddət siqaretdən imtina etmək məsləhət görülür.

Hansı vəziyyətlərdə implantla bağlı narahatlıqlar meydana gələ bilər?

Nadir hallarda olsa belə, implantla bağlı problemlər yarana bilər. Bunlardan biri toxuma uyğunsuzluğudur ki, milyonda bir hallarda baş verir. Toxuma uyğunsuzluğu yarandıqda implantı çıxarmaq lazımdır. İkinci isə əməliyyatdan sonra sağlamlığa yetəri qayğı göstərilmədikdə yaranan riskdir.

Əməliyyat sonrası…

Əməliyyatın izi 4 sm-dir və elə yerdə olur ki, görünmə ehtimalı azdır. Əməliyyat baş verən gün və ya səhərisi xəstələr artıq evlərinə buraxılır. Təxminən 2 və ya 4 gün sonra sarğı açılır. Bir müddət sonra daha fəal şəkildə öz işinizə qayıda bilərsiniz.
Qan təzyiqini artıracaq hərəkətlər edilməməli, iki həftə sonra orta səviyyəli bəzi idmanlar hərəkətləri etmək mümkündür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net