10 yaşlı qız özünü partlatdı (FOTO)
Tarix: 27-07-2015, 12:48 | Çap et
10 yaşlı qız özünü partlatdı (FOTO)
Nigeriyada dəhşətli terror aktı törədilib. ANS PRESS-in məlumatına görə, 10 yaşlı qız - kamikadze özünü partladıb.

Hadisə ölkənin şimal qərbində, Yobe əyalətində qeydə alınıb. O üzərindəki qurğunu kütlənin içərisində işə salıb. Kamikadze hücumu nəticəsində 14 nəfər ölüb.

Nəticədə ölənlərdən başqa 47 nəfər də yaralanıb.

Polis rəsmisi Toyin Gbadegesin sözlərinə görə, azyaşlı qızın terror təşkilatı olan "Boko Haram" üzvü olduğu güman edilir.

Hadisə yerində yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Polis burada daha 5 ədəd partlayışa hazır vəziyyətə gətirilən qurğu tapıb.

Terrorçuların bundan öncəki hədəfi isə Kamerunun Marua şəhəri olmuşdu. Bu şəhərdə kamikadze partlayış törədib və 21 nəfərin ölümünə səbəb olmuşdu. 63 nəfər yaralanmışdı.

10 yaşlı qız özünü partlatdı (FOTO)

"Boko Haram" ən təhlükəli terror təşkilatlarından biri hesab edilir. Adı yerli hausa dilində "qərb tərzində təhsil yasaqdır" mənasına gəlir. "Boko Haram" 160 milyon əhalisi olan Afrikanın ən qələbəlik ölkəsi Nigeriyada 2002-ci ildə yaradılıb.

Təşkilatın lideri Məhəmməd Yusuf 2009-cu ildə həbs edilib və bu zaman ölüb. Onun ölümündən sonra təşkilatın terror hücumları daha da çoxalıb. Onlar minlərlə insanı öldürüb, təhsilinin əleyhinə olduqları yüzlərlə qızı qaçırıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net