Rusiyada ermənilərlə kürdlər arasında kütləvi dava
Tarix: 27-07-2015, 12:25 | Çap et
Rusiyada ermənilərlə kürdlər arasında kütləvi dava
Rusiyanın Ulyanovsk vilayəti, Novospask rayonunda erməni və kürd icmaları arasında milli zəmində toqquşma baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Novospask rayonunun Repyevka kəndində baş verən kütləvi dava zamanı 46 yaşlı erməni öldürülüb, daha 2 erməni isə ağır güllə yarası alıb. Odlu silahdan istifadə olunan insident zamanı yaralanan ermənilərin doğma qardaş olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdikləri məlum olub.

Ulyanovsk vilayətinə kütləvi məskunlaşan erməni və kürd icmaları arasında biznes sferasında rəqabətin olduğu və toqquşmanın da bundan qaynaqlandığı deyilir.

Faktla bağlı Ulyanovsk Prokurorluğu cinayət işi açıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net