Millimizdən imtina edən azərbaycanlı futbolçu Avropada bombardir oldu
Tarix: 27-07-2015, 12:16 | Çap et
Millimizdən imtina edən azərbaycanlı futbolçu Avropada bombardir oldu
Rusiyanın 19 yaşa qədər furbolçulardan ibarət yığma komandasında çıxış edən azərbaycanlı futbolçu Ramil Şeydayev Avropa Çempionatının bombardiri olub. Modern.az saytı xəbər verir ki, 19 yaşlılar arasında Avropa Çempionatının seçmə və final mərhələlərində ümumilikdə 12 qol vuran Ramil Şeydayev turnirin ən sərrast futbolçusu olub. Avstriya yığmasından Marka Kvaşina və İspaniya yığmasından Borxa Mayoral isə hərəyə 7 qolla fərqlənərək 2-3 pillələri bölüşüblər.

Rusiya U19 yığması yarışların finalına çıxsa da, İspaniya millisinə 0:2 hesabı ilə məğlub olaraq ikinciliklə kifayətlənib.

“Zenit” klubunun əvəzedici heyətində çıxış edən Ramil Teymur oğlu Şeydayev 1996-cı il martın 15-də Sankt-Peterburqda doğulub. Azərbaycasn əsilli futbolçu 2014-cü ilin dekabrında Azərbaycan yığmasında oynamaqdan imtina etmişdi.

“Əgər Azərbaycan yığmasında oynamağa razılıq versəm, Rusiyada leqioner olacam və “Zenit”in əsas heyətinə düşə bilməyəcəm. Azərbaycana istirahətə getməyi sevirəm. Qohumlarım orda yaşayır. Amma Azərbaycan millisi ilə məni heç nə bağlamır”-deyə o bildirmişdi.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net