“Qanuni oğru” ilə qohumluğu onu həbsdən qurtardı
Tarix: 27-07-2015, 12:14 | Çap et
“Qanuni oğru” ilə qohumluğu onu həbsdən qurtardı
Dünən Soçidə 29 yaşlı “qanuni oğru” Şalva Ozmanova qarşı tətbiq edilən inzibati həbs müddəti başa çatıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Kusa ləqəbli oğru çirkli pulları yumaqda ittiham edilirdi.

Belə ki, Ozmanov Qele Kardavanın artıq oğru olmadığını əsas gətirərək onun üçün nəzərdə tutulan çirkli pullara sahib çıxmaq istəyib. Lakin “ödəyici” Qeleni hələ də oğru kimi tanıdığını bildirərək ödənişdən imtina edib. Yaranan qarşıdurmadan xəbər tutan yerli polis isə Ozmanovu narkotik saxlamaqda ittiham edərək saxlayıb. Şayiələrə görə, ona qarşı irəli sürülən ittihamların birdən-birə yoxa çıxmasına səbəb isə Ozmanovun məşhur avtoritet Şakro ilə qan qohumluğunun olması olub. Elə bu səbəbdən də, Ozmanov barəsində hökm oxunmadan barəsindəki ittihamlar gözlənilmədən ləğv edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net