“Dedilər ki, “Sarı çiçəyim”i oxu...”
Tarix: 27-07-2015, 11:53 | Çap et
“Dedilər ki, “Sarı çiçəyim”i oxu...”
“Onlar” verilişi şou-biznes nümayəndələri arasında sorğu keçirib.

Vertikal.az-ın məlumatına görə, sorğuda iştirak edən məşhurlar bayağı mahnılar haqda fikirlərini bölüşüblər:

İradə İbrahimova: “Toyda bayağı mahnıları istəyənlərə deyirəm ki, repertuarımda yoxdur. Özümlə bayağı mahnı oxuyan ifaçı aparırıam. Məni məclisinə çağıran şəxslər repertuarımı bilib dəvət edirlər. Amma heç kimin adını çəkmək istəmirəm, tənqid etmək istəmirəm. Bəlkə, kimə görə isə, mənim də mahnılarım bayağıdır”.

Günay İbrahimli: “Böyük danışmaq kimi çıxmasın, mən getdiyim toylarda bayağı mahnı istəmirlər”.

Zamiq Hüseynov: “Heç vaxt oxumayacağımı deyə bilmərəm. Çalışdığım qədər toylarda bayağı mahnı oxumuram. Vaxt olub ki, mən də bayağı mahnılar oxumuşam”.

Gülay Zeynallı: “Bayağı mahnılardan uzaq olsam da, lazım olanda ifa edirəm. Çoxları deyir ki, bayağı mahnı oxumuram. Toy yiyəsi çoxlu pul ödəyib, müğənnini çağırırsa, onun istədiyini oxumalısan. Orda kapriz etmək lazım deyil”.

Sevda Yahyayeva: “Toylarda məndən bayağı mahnılar oxumağımı istəyənlər olub. Əsasən, indi repertuarıma uyğun çağırırlar. Bir dəfə “Sarı çiçəyim” mahnısını oxumağımı xahiş etmişdilər. Heç vaxt heç vaxt deyə bilməzsən”.

Elton Hüseynəliyev: ““Can-cana” mahnısını oxumuşam. Bayağı mahnı olsa da, ifa etmişəm. Mənim musiqi təhsilim var, bayağı mahnılardan uzaq olmağa çalışıram”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net