Bakıda ilk: Şortik festivalı keçiriləcək
Tarix: 27-07-2015, 11:51 | Çap et
Bakıda ilk: Şortik festivalı keçiriləcək
Sosial şəbəkələrdə də şortik geyinənlərə dəstək kampaniyası keçirilir.

Avqustun 2-siBakıda ilk dəfə şortikə həsr olunmuş yürüyüş festivalı keçiriləcək.

Editor.az xəbər verir ki, Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.

Təşkilatçıların verdiyi məlumata görə, yürüşdə hər kəs iştirak edə bilər. İştirakçılar festivala nə “brici”, nə qısa şalvarda, yalnız dizdən uzun olmayan şortda gəlməlidirlər.

Oxu.Az festivalın marşrutunu təqdim edir:

1. TOPLAŞMA: Dənizkənarı Bulvar. Saat 19:00-19:15, Saat qülləsi iləüzbəüz.

2. Dəniz kənarından başlayıb, Saat qülləsindən sola dönüb, parkın mərkəzi ilə Kukla teatrına tərəf gediləcək.

3. Yeraltı keçid ilə Nizami küçəsinə (Tarqovı) keçiləcək.

4. Azərbaycan kinoteatrı istiqamətində hərəkət ediləcək.

5.Sonra “KFC”, “McDonalds”, “Şaurma” istiqamətində gediləcək.

6. Yeraltı keçid, Kontinental.

7. Sahil parkı. SONUNCU dayanacaq.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək#MənŞortGeyinirəmhaştaqlarıiləpaylaşımlar edirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net