Azərbaycanlı tələbələr niyə magistr təhsilini xaricdə almaq istəyirlər?
Tarix: 27-07-2015, 11:16 | Çap et
Azərbaycanlı tələbələr niyə magistr təhsilini xaricdə almaq istəyirlər?
Son zamanlar bəzi azərbaycanlı tələbələr magistr təhsili üçün xarici ölkələrin universitetlərini seçirlər. Belə tələbələr ödənişli və ödənişsiz olmaqla magistr təhsili üçün seçimi Türkiyə, İngiltərə, Amerika, Almaniya kimi ölkələrə edirlər.

Bəs tələbələrin özləri bu seçimi nə ilə izah edirlər?

Modern.az saytı xarici universitetlərdə təhsil almağı dəyərləndirən bir neçə tələbənin mövqeyini təqdim edir.

Elgün Nağıyev - Bakı Dövlət Universiteti, 4-cü kurs tələbəsi, Jurnalistika fakultəsi:

- Gənclər artıq həm başqa mühit və mədəniyyət görmək, həm də həyatlarına başqa yerdə davam etmə şansı üçün xarici universitetləri seçirlər. Belçikadakı KU LEUVEN universitetində magistr təhsili almaq istəyirəm. Çünki Belçika həm Avropa Birliyinin paytaxtıdır, həm də Avropanın mərkəzidir. Çox oxuyan yox, çox gəzən çox bilər.

Kamil Əmirli - Baki Dövlət Universiteti, 4-cü kurs tələbəsi, Jurnalistika fakültəsi:

- Düşünürəm ki, gənclərin xarici ölkələrdə təhsillərini davam etdirmək istəyi həm xarici ölkələrdəki təhsil sisteminin güclü olması, həm də müxtəlif mühitləri tanımaq istəyilə əlaqədardır. Son illərdə dövlət hesabına xarici ölkələrdə təhsil alan gənclərin sayı birə beş artıb. Bunun da əsas səbəbi odur ki, müxtəlif sahələr üzrə peşəkar kadrlara ehtiyac var və, onlar da bunu nəzərə alaraq belə bir addım atırlar. Doğrudur, ölkəmizin təhsil sahəsindəki uğurlu islahatlar müəyyən irəliləyişlərə gətirib çıxarıb. Ancaq təəsüf ki, ölkəmizdəki təhsil sistemi Avropa ölkələrindəki qədər yüksək deyil. Mən təhsilimi Türkiyə, Almaniya, Polşa və digər ölkələrdə davam etdirəcəyəm.

Nərgiz Rzayeva - Xarici Dillər Universiteti, 2-ci kurs tələbəsi, İngilis dili fakültəsi:

- Xarici universitetlərdə yüksək səviyyəli kadrlar yetişdirirlər. Məsələn, bizim ali təhsilli olan bir gənc xaricdə oxuyan gənclərlə müqayisədə qat- qat aşağı biliyə təcrübəyə malikdir. Xarici ölkələrdə təhsil alanda iş tapmaq da asan olur. Mən İngiltərədə və Almaniyada təhsil almaq istəyirəm.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net