Kral Fransada çimərliyi hasarlatdı: fransızlar ayağa qalxdı
Tarix: 27-07-2015, 11:12 |
Çap et
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin Fransa tətili qalmaqala səbəb olub. Kralın qaldığı villanın yaxınındakı çimərliyin bir hissəsini bağlatdırmasını fransızlar hiddətlə qarşılayıb.
Axar.az xəbər verir ki, 100 mindən çox fransız petisiyaya qoşularaq kraldan şikayətçidir. Bundan başqa, kralın tətil müddətində yaşadığı villadan çimərliyə enən lift inşa etdirməsi də yerli sakinlərin narazılığına səbəb olub.
Vallauris bələdiyyə sədri də tikintinin icazəsiz aparıldığı üçün Prezident Fansua Ollanda şikayət məktubu ünvanlayıb.
Xatırladaq ki, Səudiyyə kralı təxminən min nəfərin müşayiəti ilə Fransaya səfər edib. Ölkənin cənub-şərqində, Aralıq dənizi sahilində yerləşən Vallauris kurort şəhərində istirahət edən kral burarda 3 həftə qalacaq. Kralın yaxın ətrafındakı 300 adam villada yaşayacaq. Qalan 700 nəfər isə otellərdə yerləşdiriləcək.
Kral hərəmxanasında olan arvadlarının naməhrəm gözündən uzaq rahat istirahət etməsi üçün çimərliyin villasının ətrafında yerləşən hissəsini bağlatdırmaq göstərişi verib.