Almaniyada etiraz aksiyasında 3 adam öldü
Tarix: 27-07-2015, 10:55 | Çap et
Almaniyada etiraz aksiyasında 3 adam öldü
Almaniyanın Fraytal şəhərində ultra-sağçılar tərəfindən daha bir etiraz aksiyası keçirilib. Aksiyada irqi zəmində baş tutatan iğtişaş zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

AzVision.az “Focus” jurnalına istinadən bildirir ki, 24 saat ərzində davam edən ciddi qarşıdurma qanla nəticələnib. Belə ki, Drezdenin tabeliyində olan kiçik Fraytal şəhərində ekstremist qruplar qaçqınlara və gəlmələrə qarşı aksiya keçiriblər. Almaniya Miliyyətçi-Demokrat partiyasının rəhbərliyi ilə 200 nəfərin iştirakı etdiyi etiraza qarşı isə 350 nəfərdən ibarət anti-miliyyətçi qatılıb.

Polis tərəflər arasındakı toqquşmanın qarşısını müdaxilə nəticəsində ala bilib, lakin ekstrimist qruplar tərəfindən açılan atəş nəticəsində 3 nəfərin öldüyü 1 nəfərin isə çox ağır yaralandığı bildirilir. Səbəb isə Saksen-Anhalt əyalətinin Suriyadan 800 nəfər qaçqının qəbul edildiyi və həftə sonu da əlavə olaraq 500 nəfər də qaçqının gələcəyinin bildirilməsi olub. Elə hadisələr də bundan sonra sağçı ekstimist qrupların etirazı ilə başlayıb.

Daxili İşlər nazirinin müavini Mixael Vilhelm bu hadisədən utandıqlarını bildirib. Hətta daxili işlər nazirliyinin texniki işçiləri küt alətlərlə ola biləcək gözlənilməz, ektrimal hücumlardan sığortalanmaqdan ötrü başlarında qoruyucu dəbilqə ilə gəzirlər.

Xatırladaq ki, Fraytal şəhəri (Drezden) sağ təmayüllü qrupların müntəzəm olaraq etiraz keçirdikləri ən pik məkan kimi seçilməkdədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net