Politoloqdan müharibə təklifi: “Gücümüz var…”
Tarix: 27-07-2015, 10:40 | Çap et
Politoloqdan müharibə təklifi: “Gücümüz var…”
Azərbaycanın güclü ordusu var və onu sınamağa dəyər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Fərhad Mehdiyev son günlər ermənilərin cəbhə xəttində fəallaşmasına və təxribatlar törətməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilərin cəbhə xəttində aktiv təxribat fəaliyyətləri keçirmək cəhdləri müharibədən xəbər vermir:

“Bu təxribatlar əlbəttə ki, müharibə anonsu deyil. Çünki Dağlıq Qarabağ ətrafında olan işğal altındakı hər hansı bir rayonun geri alınması üçün aviasiya və artilleriya cəlb olunaraq strateji yüksəkliklər ələ keçirilməli, mühəndis-kommunikasiya qurğuları və müdafiə xətti qurulmalıdır. Azərbaycan bunu əlbəttə ki, icra etmək gücündədir. Çünki Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Onu sınamağa dəyər”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net