Avtomobillər üçün yeni nömrələr gəlir
Tarix: 27-07-2015, 10:18 | Çap et
Avtomobillər üçün yeni nömrələr gəlir
Azərbaycanda avtomobillərin sayı son illər artaraq, 2 milyonluq həddi keçib. Bu qədər avtomobilin dövlət nömrə nişanları ilə təhciz edilməsi prosesi isə stabil olaraq həyata keçirilir.

JAM.AZ xəbər verir ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan avtomobillərin sayının çoxluğu 10 və 90 seriyalı dövlət nömrə nişanlarının tükənməsinə gətirib çıxarıb. Məlumata görə, sonuncu Z hərfi üzrə nömrə satışları da bitmək üzrədir. Bəs, bundan sonra necə olacaq?

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Z seriyası üzrə nömrələrin satışı başa çatdıqdan sonra yeni seriya dövriyyəyə buraxılacaq. Bilgilərdə qeyd olunur ki, Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) bununla bağlı aparılan uzun müzakirələrdə əsasən iki məsələ üzərində dayanılıb. Onlardan biri 10 və 90 seriyalarının saxlanılması, hərf saylarının 3-ə çatdırılması olub. Lakin bu təklif işə yaramayıb və BDYPİ rəhbərliyi məqbul hesab etməyib.

İkinci təklif isə yeni avtomobillərə 80 rəqəmi ilə başlayan dövlət nömrə nişanlarının verilməsindən ibarət olub. JAM.AZ-a verilən məlumata görə, bu təklif BDYPİ rəhbərliyi tərəfindən dəstəklənib və yanvar ayından etibarən icrasına başlanılacağı gözlənilir.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net