Könül Kərimovadan Sibel Canla bağlı etiraf
Tarix: 20-07-2015, 17:01 | Çap et
Könül Kərimovadan Sibel Canla bağlı etiraf
Müğənni Könül Kərimova türkiyəli həmkarı Sibel Canla bağlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Onlar"a açıqlamasında Sibelin heyranı olduğunu bildirib:

"O xanımın səhnədə pozitivliyini, gülüşünü sevirəm. Sibel Cana bənzəməyi çox istəyərdim. Hələ səhnəyə ilk gəldiyi günlərdən onun vurğunuyam. Gözəl rəqs edir. Onun kimi rəqs edə bilmərəm, nə qədər pozitiv olsam da, kamera qarşısında cəsarətim yoxdur. Sibel Canla bağlı arzularım var. Həyata keçsin, açıqlama verəcəm. Danışaram, sonra alınmaz".

K.Kərimova yaxın günlərdə solo konsert verəcəyini də bildirib:

"Rayonlarımıza turneyə çıxacam. Daha sonra isə Heydər Əliyev Sarayında çıxış edəcəm. Sevənlərimlə baş-başa qalıb, səmimi olacam. Onlarla güləcəm də, danışacam da, rəqs də edəcəm".





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net