Meyxanaçı Vüqar: "Əsəbləşib verilişi yarımçıq tərk etdim"
Tarix: 20-07-2015, 16:02 | Çap et
Meyxanaçı Vüqar: "Əsəbləşib verilişi yarımçıq tərk etdim"
Çoxdandır efirdə, ümumiyyətlə, şou-tədbirlərdə görünməyən meyxanaçı Vüqar Əbdülov, sən demə, jurnalistlərdən və aparıcılardan inciyibmiş.

Meyxanaçı publika.az-a incikliyini belə izah edib:

"Bunu məndən hər kəs soruşur. Niyə görünmədiyim çoxlarına maraqlıdır. Tədbirlərə getməməyimin, verilişlərə çıxmamağımın səbəbi mənimlə əlaqədar deyil. Çünki mən elə əvvəlki kimi yaradıcılığımla məşğulam. Sadəcə olaraq, çağırılan yerə gedirəm. Di gəl, bir dəfə zəng edib, hansısa verilişə dəvət edən yoxdur. Bir müddət öncə, telekanalların birində əsəbləşib verilişi yarımçıq tərk etdim, hamı yazdı. Amma adi günlərdə bir nəfər soruşmur ki, haradasan, yaradıcılığında hansı yeniliklər var. Hər kəs qalmaqal axtarır. Mən də qalmaqal adamı deyiləm".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net