Şeyx Tacikistana gedir
Tarix: 20-07-2015, 13:21 | Çap et
Şeyx Tacikistana gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.

"Qafqazinfo"ya daxil olan məlumata görə, səfərdə məqsəd 22-23 iyul tarixlərində Düşənbədə keçiriləcək «İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net