Xəyyam Nisanov Moskvada ev alıb
Tarix: 20-07-2015, 13:05 | Çap et
Xəyyam Nisanov Moskvada ev alıb
Müğənni Xəyyam Nisanov Moskvada özünə ev alıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar" verilişində deyib:
"Ətrafda danışırlar ki, Xəyyamın dünyanın hər yerində evi var. Bir deyim var: "Harda yaxşı dostun varsa, demək, orada evin var". Mənim də dünyanın hər yerində yaxşı dostlarım var. 15 ildir Rusiyada işləyirəm. Orada evə ehtiyacım var idi. Səhnə geyimlərim, gedib-gələndə qalmağa yer lazımıydı. Ötən il aldım. Bakıdan köçmək fikrim yoxdur. Buradan gözəl yer ola bilməz. Ailədə üç övladıq. İki bacım və mən. Bacılarım ailəlidir. Anamla bir yaşayıram".
X.Nisanov biznesindən də bəhs edib:
"Xırda bizneslə məşğul oluram. Böyük işə marağım yoxdur. Sənəti çox sevirəm və onsuz yaşaya bilmərəm. Deməzdim ki, mən kasıb müğənniyəm. Heç bizdə imkansız ifaçı yoxdur. Sadəcə, bəziləri ağlamağı sevir. Bu işdə qazanc, pul var. Çalışıb, qazanmaq lazımdır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net