Litvada Sovet İttifaqının son rəmzi də söküldü - RUSİYAYA GÖRƏ
Tarix: 20-07-2015, 12:42 | Çap et
Litvada Sovet İttifaqının son rəmzi də söküldü - RUSİYAYA GÖRƏ
Litvanın paytaxtı Vilnüsdə Sovet İttifaqı dövründən qalma son heykəllərin də aqibətinə aydınlıq gətirilib.

Neris çayı üstündəki Yaşıl körpü üzərində yerləşən kommunizm dövründən qalma 4 heykəl sökülüb.

FaktXəbər-in məlumatına görə, körpünün üstündə əsgər, fəhlə, fermer və tələbələrin rəmzi olan və 1952-ci ildə qoyulan dörd heykəl, Litvanın paytaxtında Sovet İttifaqı dövrünü təmsil edən ən əhəmiyyətli əsərlər adlanırdı.

Vilnüs Şəhərinin Bələdiyyəsi, son illərdə heykəllər üzərində yaranan çatların getdikcə böyüməsi və yoldan keçənlər üçün təhlükə yaratmasını əsas göstərərək, heykəllərin götürülməsinə qərar verib.

Ölkədəki siyasi və diplomatik dairələr isə Rusiyanın Krımı ilhaqından sonra iki ölkə arasında artan siyasi və iqtisadi gərginliyin, heykəllərin götürülməsinin ardındakı əsl səbəb olduğunu deyirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net