Əməkdar artist əməliyyat olunub
Tarix: 20-07-2015, 11:53 | Çap et
Əməkdar artist əməliyyat olunub
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev əməliyyat olunub.

Bu barədə "Report"a aktyor özü məlumat verib. O, həkim nəzarəti altında müalicəsinin davam etdiyini bildirib.

"Yırtıq əməliyyatı olunmuşam. Xeyli müddətdir mənə əziyyət verirdi. Əməliyyat bir saat çəkib. Hazırda evdəyəm və özümü normal hiss edirəm. Amma hələ də ağrılar var. Tez sağalmaq istəyirəm. Çünki sənətimlə bağlı görmək istədiyim çoxlu işlər var", - K.Abdullayev bildirib.

Qeyd edək ki, Kazım Abdullayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarındandır və repertuarda yer alan əsas tamaşalarda obrazlar ifa edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net