Boynu qırılan Buş xəstəxanadan çıxdı
Tarix: 20-07-2015, 11:51 | Çap et
Boynu qırılan Buş xəstəxanadan çıxdı
ABŞ-ın keçmiş prezidentlərindən biri olan Corc Herbert Uoker Buş (ata Buş) müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ailənin sözçüsü Cim Makqret Tvitterdə paylaşıb. Onun sözlərinə əsasən, Meindəki bağ evində yıxılaraq boyun sümüyünü qıran Buş dörd gün müalicə aldığı Mein xəstəxanasından evə qayıdıb.

Xatırladaq ki, ABŞ-ın 41-ci prezidenti olan ata Buş 1989-1993-cü illər arasında vəzifədə olub. ABŞ-ın 43-cü prezidenti Corc Buşun atası Buş sağ olan ən yaşlı keçmiş prezidentdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net