
İstanbulda daha bir genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
Salamnews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, İstanbul Terrorla Mübarizə Şöbəsi tərəfindən PKK terror təşkilatı və onun gənclik qolu olan YDG / H-ya qarşı keçirilən əməliyyat nəticəsində beş nəfər saxlanılıb.
Əməliyyat çərçivəsində şəhərin Sultanqazi, Esenyurt və Okmeydanı rayonlarında müxtəlif ünvanlara təşkil edilən basqın nəticəsində 110 ədəd "Molotov kokteyli", 30 qutu hava fişəngi, 1 ədəd avtomatik ov tüfəngi və xeyli sayda güllə ələ keçirilib.