Zaqatalada bir maşın 3 qızı xəstəxanalıq etdi
Tarix: 20-07-2015, 11:26 | Çap et
Zaqatalada bir maşın 3 qızı xəstəxanalıq etdi
Zaqatalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Muxax kəndi ərazisində olub.

Zaqatala rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisəni iyulun 19-da saat 17:30 radələrində rayonun Çobankol kənd sakini İlham Kərimov idarə etdiyi 62-BG-559 dövlət nömrə nişanlı “VAZ 21154” markalı şəxsi avtomobili ilə törədib.

O, adıçəkilən kəndin ərazisində hərkətdə olarkən 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədovanı, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarovanı və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub.

Polis idarəsindən bildiriblər ki, hadisənin baş verməsinə səbəb İlham Kərimovun avtomobilinin yoluna qarşı tərəfdən gələn maşının çıxması olub. İ.Kərimov isə həmin avtomobillə toqquşmamaq üçün yol kənarı ilə hərəkətdə olan qızları vurub.

Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, Tünzalə Əsədova və Məryəm İbrahimovanın vəziyyəti normal olduğu üçün onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Həlimə Abakarova isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net