Lənkəranda elektrik enerjisinin verilişində problemlər yaranıb
Tarix: 20-07-2015, 11:20 |
Çap et
Dünən gecədən etibarən Lənkəran şəhərində elektrik enerjisinin verilişində problemlər yaranıb.
"Report" xəbər verir ki, buna səbəb gecə saatlarında yağan leysan yağış olub. Yağış zamanı şəhərin bir necə yerində transformatorlarda qısaqapanmalar baş verib. Şəhərin ən böyük yaşayış massivi olan 1 və 2-ci mikrorayonlardakı 40-a qədər binanın sakinləri, Nizami küçəsi və bu istiqamətdəki transformatordan qidalanan evlər, Şilavar və Digah kənd sakinləri səhər saat 10-a qədər işıqsız qalıblar.