Türkiyədə 4 İŞİD üzvü yaxalanıb
Tarix: 17-07-2015, 18:07 |
Çap et
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvü olan 2-si əcnəbi əsilli 4 nəfərin yaxalandığını açıqlayıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, separatçı terror təşkilatı mənsubu silahlı bir qrup terrorçu Vanın Çaldıran ilə Ağrının Doğubayazıt avtomobil yolunun 25-ci kilometrində mülki bir vətəndaşın diqqətini cəlb edib.
Nəticədə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan İŞİD terror təşkilatının 4 üzvü yaxalanıb. Baş verən olayla bağlı təhqiqat başlanılıb.