Aktrisanın serial sevinci cəmi bir gün çəkdi
Tarix: 17-07-2015, 16:42 |
Çap et
“Fox” kanalında yayımlanan “Kocamın ailesi” serialının heyətinə daxil olan aktrisa Serenay Aktaş xoşagəlməz sürprizlə qarşılaşıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Survivor” yarışmasında çempion ola bilməyən Serenay adadan qayıtdıqdan sonra “Kocamın ailesi” serialında çəkilmək üçün təklif almışdı. Mira obrazını canlandıracaq aktrisa hətta müqavilə də bağlamışdı. Lakin S.Aktaşın sevinci cəmi 1 gün çəkib.
Belə ki, serialın prodüseri Banu Akdeniz sentyabrda çəkilişlərə başlayacağı gözlənilən Serenayla yollarını ayırdığını, başqa aktrisa ilə razılığa gələcəklərini bildirib.
Bu xəbər S.Aktaşın fanatlarını əsəbləşdirib.