AZAL-a rəqib gəlir?
Tarix: 17-07-2015, 12:23 | Çap et
AZAL-a rəqib gəlir?
Bakı sakini Elçin Məmmədov yeni təyyarə ixtira edib. O, öz ixtirasını dövlətə bağışlamağı düşünür.

Hazırda Azərbaycan Hava Yolları Şirkətinin, yəni AZAL-ın qiymətləri istər ölkə vətəndaşlarının, istərsə də xaricdən ölkəmizə gələn turistlərin narazılığına səbəb olur. Təsadüfi deyil ki, məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrlik etdiyi müşavirədə də müzakirə olunub.

Tənqidlərdən nəticə çıxaran AZAL qiymətlərin ucuzlaşdırılması istiqamətində müzakirələr aparır. Ancaq yaranmış vəziyyətdən başqa çıxış yolu axtaran vətəndaşlar da var. Bakı sakini, çıxış yolunu alternativ hava nəqliyyatı vasitəsini istehsal etməkdə görür.

Bakı sakini Elçin Məmmədov yeni təyyarə ixtira edib. Kiçik hərbi təyinatlı modelin hazırlanması 3 ilə ərsəyə gəlib. Avtomobil mühərriki ilə işləyən təyyarə sahibinə 3500 manata başa gəlib.

Yeni ixtira sahibinə asan başa gəlməyib. Uşaqlıq arzusunu gerçəkləşdirən Elçin Məmmədov təyyarənin hissələrini çətinliklə tapdığını deyir. İxtisasca mühəndis olduğuna görə yeni təyyarəsinin sınaqdan məharətlə çıxacağını iddia edir. Eyni zamanda təyyarədən digər məqsədlər üçün də istifadə etməyin mümkün olduğunu deyir.

Elçin Məmmədov ixtira etdiyi təyyarəni dövlətə bağışlamağı düşünür. Gələcəkdə isə fərqli modeldə hərbi təyyarələr düzəltməyi planlaşdırır. Artıq bununla bağlı yeni ideyaları da var.

Hazırda Elçin Məmmədov yeni təyyarəsi ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini bildirir. (Region TV)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net