Uruqvayı ikiqat dünya çempionu etmiş futbolçu vəfat edib
Tarix: 17-07-2015, 12:21 |
Çap et
Əfsanəvi uruqvaylı futbolçu Alsides Gica 89 yaşında vəfat edib. "Report"un məlumatına görə, Gica 1950-ci il dünya çempionatının finalında Braziliya yığmasının qapısına vurduğu qələbə topu ilə yadda qalıb.
Bu qol Uruqvay milli komandasını ikinci dəfə çempion edib. 2:1 hesabı ilə nəticələnən həmin oyun Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilib. Məhz o hadisənin 65-ci ildönümü günündə - iyulun 16-da Gica dünyasını dəyişib.
Qeyd edək ki, Alsides Gica karyerası ərzində "Penyarol", "Danubio, "Roma" və "Milan" klublarında oynayıb. O, Uruqvay millisində 12, İtaliya yığmasında 5 qarşılaşmada iştirak edib.