
Şimali Koreya Seulda keçiriləcək regional təhlükəsizliyə dair foruma dəvət olunub.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi məlumat yayıb.
“Forumun keçirilməyə başladığı 2012-ci ildən bu yana Şimali Koreya ilk dəfə dəvət edilib”, - deyə Cənubi Koreyanın müdafiə nazirliyinin rəsmisi agentliyə bildirib.
Qeyd edək ki, forumda region dövlətlərinin 30-dan artıq ordu rəsmisi iştirak edəcək.