Akif Heydərli: İranın inkişafı ölkəmiz üçün əlverişlidir
Tarix: 16-07-2015, 17:35 |
Çap et
İran İslam Respublikası ilə dünyanın aparıcı altı ölkəsi arasında nüvə proqramı razılaşması həqiqətən bu ölkənin tarixi qələbəsinin və inamlı inkişafının rəhni kimi qiymətləndirilməlidir.
Bununla İran bütün dünyaya bir daha sübut etdi ki, dinc və sülhsevər ölkəyə, xalqa heç bir silahla, zor işlətməklə qalib gəlmək, o xalqı əzmək mümkün deyil.
Qərb dairələrinin İrana qarşı bu uzunmüddətli, qərəzli və ədalətsiz müdaxilə, təzyiq və hədələri, ən kəskin sanksiya, embarqolar qarşısında dözümlü, iradəli, səbirli davranışı bütün dünya dövlətləri və xalqları üçün bir öyrəniləsi, nümunə götürüləsi dərs və məktəb oldu.
ABŞ-ın, Qərb ölkələrinin bütün təzyiq və təhdidlərinə baxmayaraq, İran dövləti nəinki dövlətçiliyini qoruyub möhkəmləndirə bildi, həmçinin, iqtisadiyyatın bütün sahələrində, o cümlədən, tikinti və istehsal sənayesinin, tibb sahəsinin yeni-yeni uğurların inkişaf etmiş ölkələrdən geri qalmadı, əhalisinin vətənpərvərlik ruhunu daha da qaldıra bildi. Bu gün böyük altılıqla razılaşdırılmış sazişin imzalanmasında həqiqətən İran xalqının iradəsi özünü göstərir. Allahın lütfü bu cəmiyyətin üzünə həmişə gülür. Düz və haqq yolu tutmuş, saleh insanların vücudu qarşısında dünyanın güc mərkəzləri aciz durumda görünür bu gün. Bütün bunlara baxmayaraq haqqı danan, həqiqətin gözünə kor olan qüvvələr hələ var.
İç üzünü gizlədə bilməyən sionist relimin rəhbəri Benyamin Netanyahu bu sazişi Qərb dairələri üçün səhv bir addım hesab etdi.Yəqin ki, onların səhvini İranın bundan sonra sürətli inkişişafına rəğmən özünün xəbis və xəstə düşüncələri ilə əlaqələndirdi. Netanyahu İranın inkişafında maneələrin aradan qaldırılmasını həzm edə bilməzdi. Çünki bu inkişaf sionist İslail rejiminin Yaxın Şərqdə at oynatmasının qarşısında daha kəskin və daha ciddi əngələ səbəb olacaq.
Əsrlər boyu dünyaya taun kimi kəsilən ideoligiyaların azad, müstəqil xalqların iradəsi qarşısında əriməsi prosesinin başlanğıcı kimi görünən bu razılaşma həm də haqsızlığın açıq etirafı, haqqın qələbəsi idi. Şübhə yoxdur ki, azad, inkişaf etmiş bir ölkənin qonşuluğunda yerləşən xalqlar bundan daha çox bəhrələnə bilər.
Geosiyasi cəhətdən də İran dövlətinin inkişafı ölkəmiz üçün olduqca əlverişlidir. Regional problemlərin həllində bu amil yüksək siyasi, iqtisadi və tarixi əhəmiyyət kəsb edə bilər.
Qonşu dövlətlərin problemlərin həllinə birgə yanaşması baxımdan regionda sülhün və təhlükəsizliyin qorunması bu inkişafın genişlənməsini tələb edir. Regionun qabaqcıl ölkələri sülhün rəhni kimi çıxış etməklə, xarici təxribatları belə dəf etməkdə güclərin birləşməsini təmin edə bilərlər. Bu baxımdan da İrana xarici təzyiqlərin aradan qaldırılması mühüm şərtlərdən biridir. İsrail kimi qondarma rejimlərin isə haqq günəşinin nurunda gec-tez əriyib yox olması çox da uzaqda deyil.
Akif Heydərli
AİP siyasi məsələlər üzrə sədr müavini