YAP jurnalistləri mükafatlandırdı
Tarix: 16-07-2015, 17:29 | Çap et
YAP jurnalistləri mükafatlandırdı
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirib. Prezident İlham Əliyev də mətbuatın inkişafı, mətbuatın problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.

M.Qurbanlı YAP-ın da mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyib.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan mətbuatında kifayət qədər peşəkar kadrlar yetişdiyini deyib: "Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə mətbuat orqanı istisna olmaqla, mətbuatımız ümumxalq maraqları digər maraqlardan üstün tutaraq, Azərbycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və sapı özümüzdən olan baltalara qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir. Qarşıdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək".

Tədbirdə bir qrup jurnalistə Milli Mətbuat Günü ilə bağlı mükafatlar da təqdim edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net