Donetskə və Luqanska xüsusi status verilir
Tarix: 16-07-2015, 16:43 | Çap et
Donetskə və Luqanska xüsusi status verilir
Ukrayna Prezidenti Petro Poroşenko ölkənin cənub-şərq regionlarına muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini parlamentə təqdim edib.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkə parlamentinin saytında xəbər yerləşdirilib.
Bildirilir ki, Konstitusiyaya Donetsk və Luqansk regionlarının xüsusi statusuna dair maddə salınması təklif olunur.

"Ukrainska Pravda" qəzeti yazır ki, P.Poroşenko ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bir gün əvvəlki səfərindən sonra konstitusiyaya dəyişikliklər barədə təklif edib.

Minskdə "Normand dördlüyü"nün danışıqları bu il fevralın 12-də 15 saatdan çox davam edib və Minsk razılaşması ilə başa çatıb. Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri Ukraynada sülhü bərqərar edəcək qərarı imzalayıblar və bununla fevralın 15-dən silahlar susub, atəşkəs elan olunub.

ABŞ, Fransa və Almaniya liderləri Ukrayna prezidentini Minsk sazişinin müddəalarını yerinə yetirməyə, Konstitusiya dəyişiklikləri aparmağa çağırır. Həmin sazişdə Donbas regionuna özünüidarəetmə statusunun verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, 2013-cü ilin sonu və 2014-cü ilin ilk ayları ərzində dünyanın diqqəti Ukraynadakı hadisələrə yönəlib. Ölkə vətəndaşları keçmiş prezident Viktor Yanukoviçin siyasətinə etiraz edərək küçələrə axışdı və Ukrayna müəyyən müddət ərzində döyüş meydanını xatırlatdı. Bunun ardınca Rusiya Krımı ilhaq etdi və bunun nəticəsində Ukraynaya 1 trilyon 80 milyard qriven ziyan dəyib.

Münaqişə zonasında apreldən bəri 7 minə yaxın adam ölüb. Ukraynanın şərqində baş verənlər «Soyuq müharibə»dən bəri Moskva ilə Qərb arasında ən gərgin qarşıdurma yaradıb.

Bir sözlə, indi Savaşın yenidən başlamaq ehtimalı hər an olsa da, rəsmi Kiyevin Rusiya tərəfindən işğal olunan ölkənin cənub-şərq regionlarına muxtariyyət statusunun verilməsi vəziyyətə müsbət təsir göstərə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net