Azərbaycanda bayram axşamı ilə bağlı ZİDDİYYƏT
Tarix: 16-07-2015, 16:25 | Çap et
Azərbaycanda bayram axşamı ilə bağlı ZİDDİYYƏT
Azərbaycanda Ramazan ayının bayram namazının vaxtı ilə bağlı bu il də ziddiyyətlər davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən Hafta.az-a verilən məlumata görə, namaz 18 iyul tarixində saat 09:00-da Göy Məsciddə, saat 10:00-da isə Təzəpir Məscidində qılınacaq. Yəni, QMİ-nin açıqlamasına görə, insanlar hələ sabah da oruc tutmalıdırlar. Digər qrup isə hesab edir ki, əslində bayram namazı 17 iyul tarixində qılınmalıdır. İkincilərin isə oruc tutmalarının son günü 16 iyul tarixidir.

Hafta.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, o da bu gün ilin sonuncu orucunu tutub:

“Azərbaycan və İranda bayram namazının 18 iyul tarixində qılınacağı açıqlanıb. Ancaq digər ölkələrdə bu gün sonuncu orucu tuturlar. Biz məsələyə dünya müsəlmanlarının həmrəyliyi baxımından yanaşırıq. Kim deyirsə ki, 18-i bayramdır bu onların özlərinin qərarıdır. Biz müstəqil qərar verən insanlarıq. Hesab edirəm ki, bu məsələdə daha doğrusu həm Məkkə həm də Türkiyə variantına üstünlük verməkdir. Çünki diqqət etsəz görərsiniz ki, Malaziya, Pakistan və digər ölkələrdə 17 iyulda bayramı qeyd edirlər. Azərbaycanla İran Ayı ayrıca görmürlər ki? Bizim yanaşmamız belədir. Bu baxımdan biz sabah oruc tutmayacağıq. Sadəcə olaraq, bayram namazı ümumi təyin edilib. Bunu doğru hesab etməsək də həmin günü namazımızı qılacağıq. Ancaq qeyd etdiyim kimi sabah oruc tutmayacağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net