Xameneidən Ruhaniyə məktub: “Sən də bilirsən…”
Tarix: 16-07-2015, 16:08 |
Çap et
İranın dini lideri Ayətullah Əli Xamenei İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət P5+1 ölkələri (Rusiya, Çin, ABŞ, İngiltərə, Fransa) ilə imzaladığı tarixi razılaşmaya münasibət bildirib.
Axar.az məlumat verir ki, ABŞ ilə mübarizədən imtina etməyəcəklərini deyən dini lider Prezident Həsən Ruhaniyə məktub yazaraq “bəzi” ölkələrə güvənməməsi xəbərdarlığını edib.
Xamenei ölkədə az qala qəhrəman kimi qarşılanan Xarici İşlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla bütün danışıqlarda iştirak edən İran rəsmilərini təbrik edərək hökuməti diqqətli olmağa çağırıb:
“Ruhani digər tərəflərin verdiyi sözlərin pozulmasına qarşı diqqətli olmalı və bunun qarşısı vaxtında alınmalıdır. Müzakirə prosesində iştirak edən 6 ölkədən bəzilərinin heç də etibarlı olmadığının sən də bilirsən”.