İŞİD-dən “Müsəlman Qardaşları”na: Bizə beyət edin
Tarix: 16-07-2015, 15:32 | Çap et
İŞİD-dən “Müsəlman Qardaşları”na: Bizə beyət edin
İŞİD Misirin ən güclü təşkilatlarından olan “Müsəlman Qardaşları”na onlara beyət etmələri üçün çağırış edib.

Axar.az bu haqda Fələstinin SAMA agentliyinə istinadən xəbər verir.

İŞİD liderlərinən Əbu Məhəmməd Cizavi təşkilata aid internet saytındakı çıxışında “Müsəlman Qardaşlar” təşkilatına İŞİD-ə beyət etməyin vaxtı çatdığını bildirib. O, “Müsəlman Qardaşları” təşkilatının ləğv edilməsini, onların Qahirə vilayətinin qurulması üçün “Xilafət dövləti” ilə (İŞİD) birlikdə hərəkət etməsini istəyib:

“Misirdəki mövcud rejimi devirərək burada bir islam dövləti qurmağın tək yolu silahlı mübarizədir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net