Bayram günlərində yollarda edilən dəyişikliklər - AÇIQLAMA
Tarix: 16-07-2015, 15:19 |
Çap et
“Ramazan bayramı günlərində hər hansı yolun bağlanılmasını hələ ki, düşünmürük”.
Bu barədə Hafta.az-a açıqlamasında BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, Ramazan bayramı ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçəcək:
“Təbii ki, çalışacağıq ki, bayram günlərində də yollarda təhlükəsizliyi maksimum şəkildə təmin edək. Bununla bağlı bütün tədbirləri görmüşük. Baş verə biləcək qəza hadisələrinin qarşısını bu yolla almış olarıq. Sürücülərə isə tövsiyyə edirəm ki, onlar da bayram günlərində diqqətli olsunlar, yol hərəkəti qaydalarına əməl etsinlər”.
Qeyd edək ki, Ramazan bayramı münasibəti ilə ölkəmizdə 17, 18, 19, 20 iyul tarixlərində qeyri-iş günüdür.