Şrek uşaqların piylənməsinə səbəb olur
Tarix: 16-07-2015, 12:57 | Çap et
Şrek uşaqların piylənməsinə səbəb olur
Kolorado Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, müasir cizgi filmlərinin Şrek və Homer Simpson kimi bəzi məşhur personajları öz zahiri görünüşlərinə görə uşaq piylənməsinin inkişafı və yeniyetmə yaşında artıq çəkiyə meylliliyin riskini artırır.

FaktXəbər-in verdiyi məlumata görə, 300 nəfərin iştirak etdyi və 9, 12, 13 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən eksperiment haqda onun müəllifi professor Marqaret Kempbell “Journal of Consumer Psychology” adlı elmi jurnalda yazıb.

"Maraqlıdır ki, personajları kök olan animasiya filmlərinə baxan uşaqlar normal bədən quruluşuna malik qəhrəmanları olan cizgi filmlərinə baxan yaxud ümumiyyətlə cizgi filminə baxmayan uşaqlardan iki dəfə artıq qeyri-sağlam qidadan istifadə edirlər ", - deyə Kempbell iddia edir.

Bundan başqa, Kempbellin fikrincə, qida məhsullarının üzərində Şrek kimi artıq çəkiyə meylli personajların təsvir edilməsi uşaqların məktəb və supermarketlərdə qeyri-sağlam qidaya üstünlük vermələrinə səbəb ola bilər.

Tədqiqatın nəticələri də elə “Journal of Consumer Psychology” jurnalında dərc edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net