
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 140 illiyi münasibəti ilə 800-dən çox jurnalistin fəxri adla təltif olunmaq məqsədi ilə müraciət etdiyini bildirib.
Maraqlıdır, Azərbaycanda fəxri ada layiq 800
jurnalist varmı?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:
“Bu gün Azərbaycanda əli qələm tutub gördüyünü yaza bilən 8 jurnalist olmadığı halda, 800 mətbuat işçisi fəxri ad almaq üçün müraciət edir, çox acınacaqlı mənzərədir.Ölkəmizdəki həqiqətləri yaza biləcək 8 jurnalistin olmadığı halda, 800 jurnalist necə fəxri ada iddia edə bilər?
Bu hadisə ölkədə mətbuatın acınacaqlı durumunun bariz nümunəsidir. Azərbaycnda jurnalistika ilə bağlı vəziyyət görün hansı həddə çatıb ki, belə hallar artıq normal hala çevrilib və yüzlərlə özünü jurnalist hesab edən, amma həqiqətləri yazmaq iqtidarında olmayanlar fəxri ad almaq istəyirlər. Jurnalistləri məcbur edirlər ki, əhalinin bəzi yoxsul təbəqəsi kimi əl açıb dilənçilik eləsinlər”