Böyük Corc Buş boynunu sındırdı
Tarix: 16-07-2015, 11:00 |
Çap et
ABŞ-ın sabiq prezidenti Corc Buş-böyük Men ştatında, Kennebakportda yerləşən yay evində yıxılaraq boyun fəqərəsini sındırıb.
Oxu.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə 41-ci prezidentin köməkçisi Cim MakQrat öz Twitter səhifəsində yazıb.
Buş, qonşu Portlenddə xəstəxanaya çatdırılıb, CNN bildirib. MakQrat qeyd edib ki, 91 yaşlı sabiq prezidentin vəziyyəti sabitdir, amma bir müddət xüsusi yaxalıq gəzdirməli olacaq.
2014-cü ildə Corc Buş-böyük nəfəs yollarında olan problemə görə Hyuston xəstəxanasına yatırılmışdı. 90 yaşlı Buşu təcili yardımla Methodist xəstəxanasına aparıblar. Həkimlər onun sağlığı üçün heç bir təhlükə olmadığını bildiriblər.
2012-ci ilin noyabrında dövlətin sabiq başçısını elə həmin səhiyyə müəssisəsinə bronxitdən müalicə üçün yatırmışdılar. O zaman onu yalnız 2013-cü ilin yanvar ayının ortasında çıxarıblar. Buş-böyük Parkinson xəstəliyindən əziyyət çəkir və əlil arabasında hərəkət etməyə məcburdur.
Corc Gerbert Buş ABŞ-ın 41-ci prezidentidir (1989-1993). O, hal-hazırda ABŞ-ın yaşayan prezidentləri arasında ən yaşlısıdır. Ahıl yaşı ona 90 illik yubileyini paraşütdən tullanma ilə qeyd etməyə mane olmadı.